⠀⠀

nizami ganjavi
28 May 2021
Neftçalada “Nizami Gəncəvi İli” çərçivəsində onlayn tədbir keçirilib
Neftçala Rayon Heydər Əliyev Mərkəzinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizamı Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Gəncəli dahi” mövzusunda onlayn tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edənlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından, əsərlərinin bədii məziyyətlərindən danışıblar.

Onlayn tədbirdə məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyiblər.
Tədbirdə, həmçinin Uşaq İncəsənət Məktəbinin şagirdləri və Neftçala Folklor Evinin üzvləri konsert proqramı ilə çıxış ediblər.