Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib.
Kitabın redaktoru Qriqori Quseynov, “Ön söz”ün müəllifi isə Aqafangel Krımskidir.