⠀⠀

nizami ganjavi
07 İyun 2021
Kiyevdə Nizami Gəncəvinin ucaldılacaq heykəl kompozisiyasının eskizi hazırlanıb
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin ucaldılacaq heykəl kompozisiyasının eskizi hazırlanıb.

Onun sözlərinə görə, heykəl kompozisiyada Nizami Gəncəvinin ayrıca abidəsi və yanında müəllifi olduğu “Xəmsə”yə aid əsərlərin qəhrəmanları olacaq. “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiya dairəvi şəkildə olacaq, yuxarıdan baxanda isə səkkizguşəli ulduz formasında görünəcək.
Nizami Gəncəvinin bürüncdən olan heykəlinin hündürlüyü 2 metr, “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiyanın hündürlüyü isə 3-3,5 metr olacaq.Xatırladaq ki, mayın sonlarında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.