⠀⠀

nizami ganjavi
12 İyul 2021
Azərbaycanlı jurnalistlərin Nizami Gəncəvi haqqında məqaləsi Pakistan mediasında
Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkün həmmüəllifi olduğu dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında məqalə Pakistanın ingilisdilli “The Dspokesman” qəzetində yayımlanıb.

Bu barədə AZƏRTAC-a Elnur Eltürk məlumat verib. O bildirib ki, “Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası” sərlövhəli məqalədə Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi vurğulanıb. Qeyd edilib ki, bu Sərəncam Nizaminin dünyada tanıdılmasına və onun irsinin daha geniş araşdırılmasına səbəb olacaq.

Məqalədə dahi şairin yaradıcılığı, əsərləri, dünya ədəbiyyatında yeri və s. məsələlər Pakistan oxucusunun diqqətinə çatdırılıb. Həmçinin azərbaycanlı mütəxəssislərin Nizami Gəncəvi haqqında təhlillərinə, qərb və bir sıra filosofların böyük Azərbaycan şairi ilə bağlı fikirlərinə yer verilib.