⠀⠀

nizami ganjavi
02 İyun 2021
Nizami Gəncəvinin yaradıcılığı Albaniya mətbuatında geniş işıqlandırılıb
Albaniyanın ən geniş oxucu kütləsinə malik “Panorama” qəzeti, balkanweb.com və revistapsikologji.com xəbər portallarında dahi filosof və şair Nizami Gəncəviyə həsr olunmuş məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi və bunun Azərbaycanda şairə verilən önəmin bariz nümunəsi olduğu bildirilib.

Məlumatda Nizami Gəncəvinin həyat və yaradıcılığına toxunularaq, onu dövrünün ən nüfuzlu filosofu olduğu və dünya mədəni irsinə verdiyi töhfələr oxucuların nəzərinə çatdırılıb.

Nizaminin şerlərində ensiklopedik səciyyə daşıyan, sinkretizm üslubunda bir əsər yaratdığı, zərdüşt ənənələrini, müsəlman inancını, sasanilərin salnamələrini və qədim yunan fəlsəfəsini sintez etdiyi, eləcə də əsərlərində onun çoxşaxəli tarixi icmalı, sevgi mövzusu ilə və varlığın fəlsəfi konsepsiyasının və həyatın mənası haqqında düşüncələrin təsvir etdiyi bildirilib.
Məqalədə bəşər sivilizasiyalarının müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri ilə zənginləşdiyi, bu baxımdan bir çox mövzuda Azərbaycanın hələ də Nizami irsindən, multikulturalizm, dialoq, tolerantlıq və fərqli dinlərə, mədəniyyətlərə və millətlərə hörmətlə bağlı fikirlərindən faydalandığı qeyd olunub. Eyni zamanda, Nizaminin fəlsəfəsinə və düşüncələrinə əsaslanan beynəlxalq əlaqələrin təbliğinin insanlığa, sülhə və inkişafa böyük töhfə verə biləcəyi oxucuların nəzərinə çatdırılıb.