⠀⠀

nizami ganjavi
12 İyun 2021
Nizami Gəncəvinin yaradıcılığı bəşəriyyətin mədəni sərvətidir
Salyan Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvinin yaradıcılığı bəşəriyyətin mədəni sərvətidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Nübar Bayramova dünya şöhrətli mütəfəkkir, şair-filosof Nizami Gəncəvinin əsərlərinin bədii məziyyətlərindən danışıb, böyük şairin yaradıcılığının bəşəriyyətin mədəni sərvəti olduğunu diqqətə çatdırıb.

Elmi-praktik konfransda Milli Məclisin deputatı Jalə Əhmədova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, “Məmməd Araz mükafatı” laureatı Nəbi İbrahimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Əzizağa Məmmədli və başqaları mövzu ilə bağlı çıxış ediblər.