⠀⠀

nizami ganjavi
01 İyul 2021
Kitabxana “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar hazırlayır
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında və filiallarında müxtəlif videoçarxlar, məlumat saatları, sərgilər, fotostendlər hazırlanır.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana, həmçinin oxucuların hazırladıqları videoçarxları da sosial şəbəkə hesablarında paylaşaraq izləyicilərinə çatdırır. Videoçarxlarda dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilir və əsərləri səsləndirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.