⠀⠀

nizami ganjavi
10 İyul 2021
Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək
Oktyabrın 7-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən respublika gənclər konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfrans filologiya elmləri üzrə “Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr edilən ədəbiyyatşünaslıq”, “Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr edilən dilçilik”, Sənətşünaslıq elmləri üzrə isə “Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq”, “Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət” bölmələrini əhatə edəcək.