⠀⠀

nizami ganjavi
12 İyul 2021
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb
UNEC-də ölkənin dayanıqlı sosial inkişafına və yaşıl iqtisadiyyata dəstək olmaq, eləcə də “Nizami Gəncəvi İli”nə töhfə vermək məqsədilə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, Mərkəzdə yerli və xarici ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət və özəl sektor, eləcə də qeyr-hökumət təşkilatları ilə birlikdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə beynəlxalq layihələrdə iştirak etmək, bu sahədə tədqiqatlar aparmaq, təlimçi və mütəxəssislər yetişdirmək və s. nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, Avropa İttifaqının (Aİ) dəstəyi və OECD-nin əlaqələndiriciliyi və UNEP, UNIDO, UNECE və WB iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində yerli əlaqələndiricilərin iştirakı ilə görüşlər keçirilib.

Xatırladaq ki, magistr və doktorantların “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusunda 3-cü Beynəlxalq Elmi Konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”nə həsr olunan vorkşopun davamı və nəticəsi olaraq UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsi qərara alınıb.