⠀⠀

nizami ganjavi
10 Sentyabr 2021
“Nizami Gəncəvi və türk ədəbiyyatı” kitabı işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslının “Nizami Gəncəvi və türk ədəbiyyatı” kitabı rus dilində nəşr olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, “Nizami Gəncəvi İli”nə həsr edilən kitabın rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mehdi Kazımovdur.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda türk folklorunun və Nizami Gəncəvi şeirlərinin bir-birinə qarşılıqlı təsirinin izləri tədqiq edilib. “Xəmsə” ənənələrinin türk epik poeziyasına və müasir müəlliflərin əsərlərinə təsir səviyyəsi araşdırılıb.