⠀⠀

nizami ganjavi
06 Sentyabr 2021
Azərbaycanlı jurnalistlərin Nizami Gəncəvi haqqında məqaləsi İngiltərə mediasında yayımlanıb
Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında məqalə İngiltərənin “T-VINE” saytında yayımlanıb.

Bu barədə AZƏRTAC-a Elnur Eltürk məlumat verib. O bildirib ki, məqalədə dahi Azərbaycan şairinin həyat və yaradıcılığından söhbət açılır, Nizami Gəncəvinin Şərq və Qərb ədəbiyyatına təsiri qeyd edilir. Eyni zamanda, Qərb ədəbiyyatının görkəmli nümayəndələri və araşdırmaçılarının Nizami Gəncəvi haqqında fikirlərinə yer verilir.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi, dahi şairin irsinin daha da dərindən öyrənilməsi vurğulanır və Nizaminin əsərlərində bəşəri dəyərlərin önə çəkildiyi bildirilir.